Dünya bazarında neftin qiyməti orta hesabla 3.5% artıb
Oktyabrın 8-nə olan məlumata əsasən, dünya bazarında neftin qiyməti orta hesabla 3.5% artıb.
Bu gün “Brent” markalı neftin bir barelinin qiyməti 103.8 ABŞ dollarıdır, bu da dünənki qiymətlə müqayisədə 3.6% çoxdur.
Qiymət artımı Amerika xam neftində də müşahidə olunur. Onun dəyəri son saatlarda 3.3% artıb və bir barelin qiyməti 91.17 ABŞ dolları təşkil edir.