Dünya bazarında neftin qiyməti orta hesabla 3.5% artıb
Oktyabrın 24-nə olan məlumata əsasən, “Brent” markalı neftin bir barelinin qiyməti dünənki göstərici ilə müqayisədə 3,14% artıb və 116,7 ABŞ dolları təşkil edir.
Qiymət artımı Amerika xam neftində də müşahidə olunur. Bir barelin qiyməti bu gün 103,3 Amerika dollarıdır, bu da dünənki göstəricidən 3,82% çoxdur.
Məlumat üçün bildirək ki, dünya bazarında neftin qiyməti ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni hərbi əməliyyatın keçirilməsi imkanını istisna etməməsindən sonra bahalaşıb.