Dünya bazarında neftin qiyməti düşüb

19:00, 16.06.2026

 

Dünya bazarında neftin qiyməti düşüb. İran-Amerika arasında mümkün razılaşma fonunda, bu gün “Brent” markalı neftin bir barelinin dəyəri 82 dollardır, bu da dünənki qiymətlə müqayisədə 1.5% azdır.

Yaxın Şərqdə davam edən dörd aylıq gərginliyin başlamasından bəri ilk dəfə olaraq, bir barel Amerika xam neftinin qiyməti də 80 ABŞ dollarından aşağı düşüb.

Məlumat üçün bildirək ki, dünya bazarında neftin qiyməti İran ilə ABŞ arasında mümkün razılaşma barədə yayılan xəbərdən sonra düşüb.

Qeyd edilməlidir ki, Amerikanın vitse-prezidenti Cei Di Vensin sözlərinə əsasən, İranla razılaşma elektron qaydada imzalanıb.

Oxşar