Dünya bazarında neftin qiyməti 6% düşüb

12:46, 03.08.2026

 

Dünya bazarında neftin qiyməti təxminən 6% düşüb. Son bir neçə saat ərzində “Brent” markalı neftin bir barelinin qiyməti 84 dollara qədər azalıb, bu da dünənki ilə müqayisədə 7.2% azdır.

Qiymət azalması Amerikanın “West Texas Intermediate” markalı neftində də müşahidə olunur. Bu gün bir barel WTI xam neftinin qiyməti 5.8% azalıb və 79,76 dollar təşkil edir.

Məlumat üçün bildirək ki, dünya bazarında neftin qiymətinin azalması ABŞ Prezidenti Donald Trampın İranla danışıqların davam etdiyini bəyan etməsindən sonra qeydə alınır.

Oxşar