Dünya bazarında neftin qiyməti 2,1 faiz ucuzlaşıb

10:11, 21.09.2026

Dünya bazarında neftin qiyməti 2,1 faiz ucuzlaşıb. Bir barel Amerika xam neftinin qiyməti 100 ABŞ dollarından aşağı düşüb.
Sentyabrın 21-nə olan məlumata görə, onun qiyməti 98 ABŞ dollarıdır ki, bu da əvvəlki günlə müqayisədə 2,17 faiz azdır.

Brent markalı neftin qiymətində də ucuzlaşma müşahidə olunur. Son saatlarda bir barelin qiyməti 2,11 faiz aşağı düşüb və hazırda 102 ABŞ dolları təşkil edir.

Qeyd edək ki, bundan əvvəl „Fox News“ ABŞ Prezidenti Donald Trampın Nyu-Yorkda İran Prezidenti Məsud Pezeşkianla görüşməyə hazır olduğunu bildirdiyi barədə məlumat yayıb.

Oxşar