Dünya bazarında neftin qiyməti 2.2% artıb

19:27, 15.09.2026

 

Dünya bazarında neftin qiyməti təxminən 2.2% artıb. Son saatlarda bir barel “Brent” markalı neftin qiyməti 1.95% yüksələrək 108 ABŞ dollarına yaxınlaşıb.

Qiymət artımı Amerika xam neftində də müşahidə olunur. Onun dəyəri bu gün 104 ABŞ dolları təşkil edir və dünənki göstəricidən 2.30% yüksəkdir.

Məlumat üçün bildirək ki, Yaxın Şərqdə toqquşmalar yenidən başladıqdan sonra dünya bazarında qiymətlərin artması müşahidə olunur.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, dünya bazarında dizel yanacağının qiymətinin artmasına İran deyil, Rusiya-Ukrayna müharibəsi səbəb olub.

Oxşar