Dünya bazarında bir barel ABŞ xam neftinin qiyməti 92,85 ABŞ dolları təşkil edib. “Brent” markalı neftin bir barelinin qiyməti isə 97,35 dollardır
Dünya bazarında neftin qiyməti təxminən 2 faiz artıb.
Bir barel ABŞ xam neftinin qiyməti 92,85 ABŞ dolları təşkil edir ki, bu da ötən günlə müqayisədə 2,1 faiz çoxdur.
„Brent“ markalı neftin qiymətində də artım qeydə alınıb. Bu gün bir barel „Brent“ markalı neft təxminən 1,8 faiz bahalaşaraq 97,35 ABŞ dollarına çatıb.
Qeyd edək ki, dünya bazarında neftin qiyməti ABŞ və İranın bir-birinə hava zərbələri endirməsindən sonra artıb.