Dünya Bankının yeniləşdirilmiş hesabatına görə, cari ildə Gürcüstan iqtisadiyyatı 5.0 faizə qədər artacaq
Dünya Bankının yeniləşdirilmiş hesabatına görə, cari ildə Gürcüstan iqtisadiyyatı 5.0 faizə qədər artacaq

Dünya Bankının yeniləşdirilmiş hesabatına görə, hansı ki, 2019-cu ilin yanvarın 8-də qüvvəyə mindi, 2019-cu ildə Gürcüstan iqtisadiyyatı 5.0 faizə qədər artacaq. Ancaq ortalama artım 2018-2021-ci illərdə 5.1 faizi təşkil edir, – bu bardə bəyanatı İqtisadiyyat Nazirinin müavini Ekaterine Mikabadze verdi.

Onun dediyinə görə, Dünya Bankının bu dəyərləndirməsi, ölkədə iqtisadi sabitliyi təmin edən və bir çox aspektdə əhəmiyyətli olan islahatların qəbul edilməsi deməkdir.

“Dünya Bankı tərəfindən verilən bənzər dəyərləndirmələr investroların gəlməsinə və ölkədə kommersiya fəaliyyətinə başlamalarına müsbət təsir verir” – dedi nazir müavini.

Dünya Bankı ildə iki dəfə, yanvar və iyun aylarında qlobal iqtisadi artım perspektivləri haqında hesabat və proqnoz yayır.

Dünya Bankı ilə bərabər, Gürcüstan iqtisadiyyatındaki artımı Beynəlxalq Valyuta Fondu və Asya İnkişaf Bankı da proqnoz edirlər.