Dünya Bankının Təhlükəsizlik və Mühafizə İndeksinə əsasən, Gürcüstan Avropa iyirmiliyindədir
Dünya Bankının Təhlükəsizlik və Mühafizə İndeksinə əsasən, Gürcüstan Avropa iyirmiliyindədir

 

Dünya Bankı Təhlükəsizlik və Mühafizə İndeksini və dünya reytinqini dərc edib.

Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış tədqiqata əsasən, dünyada cəmiyyət üçün ən təhlükəsiz mühit Sinqapurdadır, Avropada isə birinci yerdə İslandiyadır.

Tədqiqata əsasən, Gürcüstan dünya reytinqində 25-ci, Avropada isə ən yaxşı iyirmilikdə, 14-cü yerdə qərarlaşıb.

Dünya Bankının məlumatına əsasən, Gürcüstan təhlükəsizlik və mühafizə indeksi ilə bir çox inkişaf etmiş dövləti, Böyük Yeddiliyin bütün ölkələrini, Avropa İttifaqı və NATO-ya üzv 24 dövləti qabaqlayır: Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Kanada, Almaniya, Fransa, İtaliya, Yaponiya, İspaniya, İsveç, İrlandiya, Latviya, Avstriya, Monteneqro, Polşa, Şimali Makedoniya, Albaniya, Litva, Belçika, Slovakiya, Kipr, Bolqarıstan, Rumıniya, Yunanıstan, Türkiyə və s.