Dünya Bankı 2026-cı il üçün Gürcüstanın iqtisadi artım proqnozunu 5%-dən 7%-ə yüksəldib
Dünya Bankı 2026-cı il üçün Gürcüstanın iqtisadi artım proqnozunu 5%-dən 7%-ə yüksəldib. Məlumat Avropa və Mərkəzi Asiyanın icmalında dərc olunub.
Beynəlxalq maliyyə institutu regionun digər ölkələrinin iqtisadi artım proqnozlarına da yenidən baxıb. Dünya Bankının yenilənmiş məlumatlarına əsasən, məhz Gürcüstan regionda liderdir və iqtisadi artım proqnozu ən çox yaxşılaşan məhz Gürcüstandır.
Əvvəlki proqnozla müqayisədə region ölkələrinin iqtisadi artımı belə görünür: Gürcüstan – 7% (2 faiz bəndi artım); Ermənistan – 6.3% (0.3 faiz bəndi artım); Azərbaycan – 1.2% (0.8 faiz bəndi azalma); Qazaxıstan – 4.6% (dəyişməz qalıb); Türkiyə – 2.8% (dəyişməz qalıb); Ukrayna – 1.2% (dəyişməz qalıb); Rusiya Federasiyası – 0.8% (dəyişməz qalıb).