"Dünya Bankı" 2019-cu ildən neft və qaz layihələrinin maliyyələşdirməsini dayandıracaq
"Dünya Bankı" 2019-cu ildən neft və qaz layihələrinin maliyyələşdirməsini dayandıracaq

2019-cu ildən “Dünya Bankı” neft və qaz layihələrinin maliyyələşdirməsini dayandıracaq. “Frans Pressin” məlumatına görə, təşkilat bunu Parisdəki İqlim Sammitində açıqladı. Bu qərarı “Dünya Bankı” qlobal iqtisadiyyatın yaşıl enerjisinə keçməyə imkanların yaradılması məqsədi ilə qəbul etdi. Bu addım ölkələrə yardım edəcəkdir ki, istixana qazlarının miqdarını azaltsın. Qeyd olunan isə 2015-ci ilin Paris İqlim Müqaviləsi ilə nəzərdə tutulub.

“Dünya Bankı” həmçinin bildirib ki, 2020-ci ilədək təşkilat tərəfindən verilən kreditlərin 28% iqlimlə bağlı tədbirlər üçün istifadə olunacaq.

“Dünya Bankının” 2016-cı ilin hesabatına əsasən, təşkilat ötən ildəkindən üç dəfə çox olan hasilat sənayesində üç milyard dollardan artıq sərmayə yatırıb.