Dünən kiber hücum səbəbi ilə bağlanmış peyvənd üçün qeydiyyat portalı yenidən fəaliyyət göstərir
Dünən kiber hücum səbəbi ilə bağlanmış peyvənd üçün qeydiyyat portalı yenidən fəaliyyət göstərir.
Koronavirus əleyhinə peyvənd qeydiyyatı veb saytı dünən səhərdən bağlanmışdı.
Bu səbəbdən dünən saat 12: 00-a təyin edilmiş “Sinofarm” peyvəndi qeydiyyatı başlamadı.
Səhiyyə Nazirliyi dünən peyvənd üçün qeydiyyat portalında – booking.moh.gov.ge-ə kütləvi kiber hücumun edildiyini açıqladı. Problemi aradan qaldırmaq üçün mütəxəssislər qeydiyyat portalında çalışdı, boşluğu aradan qaldırmaq üçün müvafiq qurumlar iştirak etdilər.
Daxili İşlər Nazirliyi, peyvənd qeydiyyatı veb saytına edilən kiber hücumla bağlı iki maddə ilə istintaq başlatdı.