Dubrovnik Forumu çərçivəsində Maka Bocorişvili Xorvatiyanın xarici və Avropa işləri naziri ilə görüşüb
Dubrovnik 2025 Forumu çərçivəsində Gürcüstanın xarici işlər naziri Xorvatiyanın xarici və Avropa işləri naziri Qordan Qriliç Radman ilə görüşüb.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, nazirlər ikitərəfli və çoxtərəfli münasibətlərin gündəliyindəki aktual məsələləri müzakirə ediblər. Yüksək səviyyəli siyasi dialoqun fəal şəkildə davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.
“Tərəflər Gürcüstanın Avropa İttifaqına inteqrasiyasının gedişatını və Avropaya inteqrasiya yolunda Xorvatiyanın güclü dəstəyinini müzakirə ediblər.
Bu prosesdə Xorvatiyanın təcrübəsinin paylaşılmasının əhəmiyyətinə diqqət yetirilib.
Görüşdə Gürcüstanın regiondakı rolu və əməkdaşlığın dərinləşdirilməsi potensialına toxunulub” – məlumatda qeyd olunub.