Dubaydakı Burj Xəlifə yenidən Gürcüstan bayrağının rənglərində işıqlandırılıb

10:29, 12.02.2025

Dubayın ən məşhur görməli yerlərindən biri – Burj Xəlifə Gürcüstan festivalı zamanı yenidən rənglərlə işıqlandırıldı.

Gürcüstanın Birinci Kanalının müxbirinin Dubaydan verdiyi məlumata görə, Bürc-Xəlifə Dünya Hökumət Sammitində iştirak edən Gürcüstan nümayəndə heyətinin şərəfinə Gürcüstan bayrağının rənglərində işıqlandırılıb.

Dünya Hökumət Sammitinin əsas mövzusu “Gələcəyin Hökumətlərinin Formalaşdırılması”dır və 6000-dən çox nümayəndənin iştirakı ilə keçirilir. Sammitdə 140 ölkədən 30-dan çox dövlət və hökumət başçısı, 80-dən çox beynəlxalq təşkilat, hökumət nümayəndə heyəti iştirak edir. Gürcüstanın baş naziri İrakli Kobaxidze nümayəndə heyəti ilə Dubaya səfər edərək Dünya Hökumət Sammitində iştirak edir.

Məlumat üçün bildirək ki, “Bürc Xəlifə” daha əvvəl bu il yanvarın 27-də Gürcüstan bayrağının rənglərində işıqlandırılıb. O zaman dünyanın ən hündür binasının gürcü bayrağının rənglərində işıqlandırılması Gürcüstana 6 milyardlıq sərmayə haqqında müqavilənin imzalanması ilə bağlı idi.

Oxşar