Dubay Beynəlxalq Hava Limanı yaxınlığına dronların düşməsi nəticəsində dörd nəfər yaralanıb
Dubay Beynəlxalq Hava Limanı yaxınlığına dronların düşməsi nəticəsində dörd nəfər yaralanıb

 

Dubay Beynəlxalq Hava Limanı yaxınlığına dronların düşməsi nəticəsində dörd nəfər yaralanıb. Bu haqda məlumatı “BBC” yayır.

Medianın xəbər verdiyi kimi, Dubay Beynəlxalq Hava Limanına bitişik əraziyə iki dron düşüb.

Yayılmış məlumata əsasən, yaralananlardan biri Hindistan vətəndaşıdır və “orta ağırlıqlı xəsarətlər”, iki Qana vətəndaşı və bir Banqladeş vətəndaşı isə “yüngül xəsarətlər” alıb.

Bununla yanaşı, “BBC”nin yazdığı kimi, hava hərəkəti hazırda adi rejimdə fəaliyyət göstərir.