Dubay-Batumi istiqamətində birbaşa uçuşlar planlaşdırılıb
Dubay-Batumi istiqamətində birbaşa uçuşlar planlaşdırılıb

Dubay-Batumi istiqamətində birbaşa uçuşlar planlaşdırılıb.

Acarıstanın Turizm və Kurortlar Departamentindən verilən məlumata görə, ilk uçuş iyun ayına nəzərdə tutulub.

Agentliyin məlumatına görə, “Fly Dubai” aviaşirkəti yay turizm mövsümünün sonuna qədər həftədə üç dəfə uçuşlar həyata keçirir. Air Arabia həmçinin Dubaydan Batumiyə uçuşlar planlaşdırır.

“Birləşmiş Ərəb Əmirlikləri Acarıstanın ən maraqlı turizm bazarlarından biridir və burada regionun tanıtımı üçün həm turizm, həm də dövlət qurumlarının nümayəndələri ilə işgüzar görüşlər keçirilib. Milyonlarla sərnişinə Batumi turist paketlərini fəal şəkildə təklif edən Əmirliyin ən böyük aviaşirkəti və səyahət xidməti təminatçısı olan DNATA ilə danışıqlar aparılır”, – departamentdən bildiriblər.