DTX-nin məlumatına görə, Rusiya işğalçı qüvvələri Zemo Nikozi kəndi yaxınlığında Gürcüstan vətəndaşını qanunsuz olaraq yaxalayıb
DTX-nin məlumatına görə, Rusiya işğalçı qüvvələri Zemo Nikozi kəndi yaxınlığında Gürcüstan vətəndaşını qanunsuz olaraq yaxalayıb

Rusiya işğalçı qüvvələri Qori munisipalitetinin Zemo Nikozi kəndi yaxınlığında Gürcüstan vətəndaşını qanunsuz olaraq yaxaldı.

Bu barədə məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayır.

“Qanunsuz yaxalama barəsində məlumat daxil kimi, Dövlət Təhlükəsizliyi Xidməti Avropa İttifaqının Monitorinq Missiyası vasitəsilə fəaliyyət göstərən “qaynar xətti” aktivləşdiridi. Məlumat beynəlxalq partnyorlara və Cenevrə Beynəlxalq Disskusiyalarımım həmsədrlərinə çatdırıldı.

Gürcüstanın mərkəzi hakimiyyəti Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz saxlanılan Gürcüstan vətəndaşlarının dərhal azad edilməsi üçün bütün mövcud mexanizmlərdən istifadə edir. Rusiya işğalçı qüvvələrinin işğal olunmuş ərazilər və işğal xətti boyunca həyata keçirdikləri dağıdıcı hərəkətlər, o cümlədən qanunsuz həbslər, regionda təhlükəsizlik mühitinə xələl gətirir və yerli əhalinin gündəlik həyatını əhəmiyyətli şəkildə çətinləşdirir”, – DTX-nin bəyanatında deyilir.