DTX-nin məlumatına görə, Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq yaxalanan Giorgi Teraşvili azad edildi
DTX-nin məlumatına görə, Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq yaxalanan Giorgi Teraşvili azad edildi

Rusiya işğalçı qüvvələri tərəfindən 11 mayda Qori munisipalitetinin Mecvrisxevi kəndi yaxınlığında, işğal olunmuş ərazilərdə qanunsuz saxlanılan Giorgi Teraşvili azadlığa buraxıldı, – bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayır.

DTX-nin məlumatına görə, Giorgi Teraşvili mərkəzi hakimiyyətin nəzarətində olan ərazidədir.

“Giorgi Teraşvilinin dərhal azad edilməsi üçün həm “qaynar xətt” mexanizmindən, eləcə də mərkəzi hakimiyyətin əlində olan bütün digər vasitələrdən fəal istifadə edilirdi.

Gürcüstanın işğal olunmuş bölgələrində və işğal xətti boyunca həyata keçirilən bütün destruktic hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür.

Mərkəzi hakimiyyət beynəlxalq partnyorlarla birlikdə işğal olunmuş ərazilərdə qanunsuz olaraq saxlanılan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi üçün fəal işi davam etdirir”, – DTX-nin məlumatında deyilir.