DTX-nin məlumatına görə, Nikozi kəndi yaxınlığında, işğal olunmuş ərazidə Gürcüstan vətəndaşını qanunsuz yaxaladılar
DTX-nin məlumatına görə, Nikozi kəndi yaxınlığında, işğal olunmuş ərazidə Gürcüstan vətəndaşını qanunsuz yaxaladılar

Rus işğalçı qüvvələrinin nümayəndələri, Qori munisipalitetinin Nikozi kəndi yaxınlığında, işğal olunmuş ərazidə Gürcüstan vətəndaşını qanunsuz yaxaladılar, – Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda deyilir.

“Qeyd olunan hadisə ilə bağlı məlumat daxil olan kimi, Dövlət Təhlükəsizliyi Xidməti Avropa İttifaqının Monitorinq Missiyasının qaynar xəttini işə saldı. Hadisə ilə bağlı beynəlxalq partnyorlar və Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrləri dərhal məlumatlandırıldılar.

Qeyri-qanuni həbs edilən Gürcüstan vətəndaşının tezliklə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb”, – DTX-nin məlumatında deyilir.

DTX-d qeyd edirlər ki, Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün destruktiv hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür.