DTX – xarici ölkələrdən birində fəaliyyət göstərən iri cinayətkar qruplaşmalardan birinin şəbəkəsinin üzvləri saxlanılıb. Onlar Gürcüstana qanunsuz olaraq odlu silah və döyüş sursatı gətiriblər

13:41, 29.07.2026

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Dövlət Təhlükəsizliyi Departamentinin əməkdaşları odlu silah və döyüş sursatlarının qanunsuz satışı faktı ilə bağlı xarici ölkə vətəndaşı olan üç nəfəri saxlayıblar. Bu barədə DTX məlumat yayıb.

Məlumata görə, istintaq nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər xarici ölkələrdən birində fəaliyyət göstərən iri cinayətkar qruplaşmalardan birinin şəbəkəsinin üzvləridir. Onlar Gürcüstana satış məqsədilə qanunsuz olaraq odlu silah və döyüş sursatı gətiriblər. Dövlət Təhlükəsizliyi Departamentinin əməkdaşları onları Tbilisi şəhərində, cinayətin törədildiyi yerdə saxlayıblar.

“Saxlanılan şəxslərin şəxsi əşyalarının, avtomobilinin və müvəqqəti yaşadıqları evin axtarışı nəticəsində sübut kimi satış üçün hazırlanmış qanunsuz odlu silahlar, döyüş sursatı, ehtimal olunan narkotik vasitə və elektron cihazlar götürülüb. İlkin baxış zamanı həmin cihazlarda müxtəlif cinayət əməllərini, o cümlədən külli miqdarda narkotik vasitələrin satışını əks etdirən foto-video materiallar aşkar edilib. Götürülmüş sübutlar ekspertizaya göndərilib.

Dövlət Təhlükəsizliyi Xidməti beynəlxalq cinayətkar şəbəkəyə cəlb olunmuş digər şəxslərin müəyyən edilməsi, aşkar olunması və onların cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə istintaqı davam etdirir.

İstintaq hazırda Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 5-ci hissəsi üzrə aparılır. Bu maddə cəza olaraq 9 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur”, – deyə DTX-nin məlumatında bildirilir.”

Oxşar