DTX - işğal olunmuş Vaneli kəndi həndəvərində, Gürcüstan vətəndaşı, Malxaz Canelidzenin qanunsuz həbsdən azad olunması prosesi gedir
DTX - işğal olunmuş Vaneli kəndi həndəvərində, Gürcüstan vətəndaşı, Malxaz Canelidzenin qanunsuz həbsdən azad olunması prosesi gedir

Bu dəqiqələrdə, dekabrın birində işğal olunmuş Vaneli kəndi həndəvərində, Gürcüstan vətəndaşı, Malxaz Canelidzenin qanunsuz həbsdən azad olunması prosesi gedir, – Bu barədə məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayır.

Elə onların məlumatına görə, Gürcüstan vətəndaşının azad olunması üçün Avropa İttifaqının müşahidəçilər missiyasının “qaynar xəttindən” istifadə olunurdu, həmçinin prosesə Cenevrə danışıqlarının həmsədrləri də qoçulmuşdular.

“İşqal qüvvələri tərəfindən işğal xətti boyunca və işğal olunmuş bölgələrdə həyata keçirilmiş qanunsuz yaxalamalar və bütün başqa destruktiv hərəkətlərə məsuliyyət Rusiya Federasiyasının üzərinə düşür”, – Dövlət Təhlükəsizliyi Xidmətində bəyan edirlər.

İşğal qüvvələri nümayəndələri Gürcüstan vətəndaşı, Malxaz Canelidzeni cari ilin dekabrın birində yaxaladılar.