DTX - Adzvi kəndindən iki vətəndaşın qaçırılması barəsində Avropa İttifaqı missiyası məlumatlandırılıbdır
DTX - Adzvi kəndindən iki vətəndaşın qaçırılması barəsində Avropa İttifaqı missiyası məlumatlandırılıbdır

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti işğal rejimi tərəfindən Adzvi kəndindən iki vətəndaşın qaçırılması faktını təsdiq edir.

İdarənin məlumatına görə, qaynar xətt işə düşübdür və məlumat artıq Avropa İttifaqı missiyasına göndərilib.

Birinci kanala yerlilərin bildirdiyinə görə, ibadət yeri qəbirsanlıq ərazisindədir və onlar buraya ibadətə tez tez gedirlər.

Əhalinin bir hissəsi güman edir ki, qaçırılanlar işğal xəttini keçməyiblər. Lakin bəziləri isə bəyan edirlər ki, David Qerkeuli və İvane Qundişvilinin işğal xəttini keçdikləri mümkündür.

Rus işğalçıları Adzvi kəndinin iki sakinini bu gün qaçırdılar.