DST koronavirusa qarşı mübarizə üçün Şimali Koreyaya 900 min dollar ayıracaq
Dünya Səhiyyə Təşkilatı “COVID-19” virusuna qarşı mübarizə üçün Şimali Koreyaya 900 min dollar ayıracaq, baxmayaraq ki, bu vaxta qədər ölkədə virusun rəsmi olaraq təsdiq olunmuş heç bir halı qeydə alınmayıb. Bu barədə məlumatı “BBC” yayır.
Rəsmi Pxenyan bəyan edir ki, Şimali Koreya antivirus tədbirlərini həyata keçirdi, sərhədləri bağladı və məcburi karantin tədbiq etdi.