"Drujba" boru kəməri vasitəsilə Mərkəzi Avropa ölkələrinə neftin tədarükü bərpa olunub
"Drujba" boru kəməri vasitəsilə Mərkəzi Avropa ölkələrinə neftin tədarükü bərpa olunub

 

“Drujba” boru kəməri vasitəsilə Mərkəzi Avropa ölkələrinə neftin tədarükü bərpa olunub. Bu barədə məlumatı “Deutsche Welle” yayır.

Ukrayna qüvvələri tərəfindən avqustun 18-də “Nikolskoye” stansiyasına edilmiş hücum nəticəsində neft kəməri zədələnmişdi. Hazırda Slovakiyaya neft tədarükü bərpa olunub. Daha əvvəl isə Macarıstan üçün bərpa edilmişdi.

“Drujba” neft kəməri Rusiyadan Avropaya neft tədarükü üçün əsas boru kəmərlərindən biridir. Boru kəməri Belarus ərazisində iki istiqamətə bölünür. Şimal xətti Belarus, Latviya, Litva, Polşa və Almaniya ərazilərindən, cənub xətti isə Ukrayna, Macarıstan, Slovakiya və Çexiya ərazilərindən keçir.