"Drimlend Oazis" mehmanxanası vizitorunun yoluxması mənbəyi Kutaisidə təsdiq olunmuş hal ilə kontaktdır
"Drimlend Oazis" mehmanxanası vizitorunun yoluxması mənbəyi Kutaisidə təsdiq olunmuş hal ilə kontaktdır

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, Çakvidə “Drimlend Oazis” mehmanxanası vizitorunun təkrar testləşdirilməsi nəticəsində koronavirus təsdiq olundu.

Virusa yoluxmuş qadın Batumi Respublika Xəstəxanasına yerləşdirilib. Onun Kutaisidə təsdiq olunmuş hal ilə kontaktı var idi.

İdarənin məlumatına görə, mehmanxanada olan bütün insanlara “PCR” testi ediləcək.

“Drimlend Oazis” mehmanxanasında 900-ə qədər vizitor qeydiyyatdan keçib.