Döyüş missiyasının yerinə yetirilməsi zamanı Ukrayna Ordusu "F-16" tipli hərbi təyyarəni itirib
Döyüş missiyasının yerinə yetirilməsi zamanı Ukrayna Ordusu "F-16" tipli hərbi təyyarəni itirib

 

Döyüş missiyasının yerinə yetirilməsi zamanı Ukrayna Ordusunun “F-16” tipli hərbi təyyarəsi itib. Bu barədə məlumatı Ukrayna mediası yayır.

Medianın məlumatına əsasən, mayın 16-da, saat 03:30-da hərbi təyyarə ilə əlaqə itib. Ukrayna Ordusunun döyüş təyyarəsi Rusiyanın hava hücumunu dəf etmək üçün missiya yerinə yetirirdi.

Ukrayna mediasına əsasən, ilkin məlumatlara görə, pilot üç hava hədəfini məhv edib və dördüncüsü üzərində hava topu ilə işləyirdi, lakin təyyarədə qeyri-adi vəziyyət yaranıb. Pilot hava gəmisini yaşayış zonasından uzaqlaşdırıb və uğurla katapult edib.

Ukrayna Hərbi Hava Qüvvələrində həmçinin döyüş təyyarəsinin pilotunun yaxşı olduğunu bəyan ediblər. Axtarış-xilasetmə qrupunun sürətli fəaliyyəti sayəsində o, tez bir zamanda tapılıb və çıxarılıb. Hərbi Hava Qüvvələrinin məlumatına əsasən, bütün halların obyektiv şəkildə aydınlaşdırılması üçün komissiya yaradılıb və işlərə artıq başlanılıb.