“Doyçe Velle” – Avropa İttifaqı Rusiyanın 17 milyard avro dəyərində aktivlərini dondurdu
Rusiyanın Ukraynaya təcavüzündən sonra Avropa İttifaqı Rusiyanın 17 milyard avroluq aktivlərini dondurdu. Bu barədə məlumatı “Doyçe Velle” Avropa İttifaqının ədliyyə komissarı, Didye Reyndersin bəyanatı əsasında yayır.
“İndiyədək 90 nəfərin aktivləri dondurulub, yeddi üzv ölkədə 17 milyard avrodan çox, o cümlədən Almaniyada 2,2 milyard avro”, – Didye Reynders bəyan etdi.
Rusiyanın Ukraynaya təcavüzündən sonra Avropa İttifaqı Rusiyaya qarşı 8 sanksiya paketi tətbiq edib. Ukraynalı siyasətçilər dondurulmuş aktivlərin Ukraynanın yenidən qurulması üçün istifadə olunmasını tələb edirlər.