Dövlət Təhlükəsizliyi Xidməti – Berşueti kəndi yaxınlığında Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılan Gürcüstan vətəndaşı azad edilib və mərkəzi hökumətin nəzarəti altında olan ərazidədir
Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən, cari ilin iyunun 22-də Qori bələdiyyəsinin Berşueti kəndi yaxınlığında Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılan Gürcüstan vətəndaşı azad edilib və mərkəzi hökumətin nəzarəti altında olan ərazidədir.
“Qanunsuz olaraq saxlanılan Gürcüstan vətəndaşının azad edilməsi prosesində mərkəzi hökumətin sahib olduğu bütün müvafiq vasitələrdən, o cümlədən Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyası tərəfindən idarə olunan “qaynar xətt”dən aktiv şəkildə istifadə edilib.
Dövlət Təhlükəsizliyi Xidməti işğal olunmuş ərazilərdə qanunsuz həbsdə olan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi üçün aktiv fəaliyyətini davam etdirir” – Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında deyilir.