Dövlət Təhlükəsizliyi Xidmətinin təsis edilməsi günü ilə bağlı, Şavnabada xüsusi təyinatlı dəstə bazasında tədbir keçirildi

13:18, 01.08.2021

Dövlət Təhlükəsizliyi Xidmətinin təsis edilməsi günü ilə bağlı, Şavnabada xüsusi təyinatlı dəstə bazasında tədbir keçirildi.

DTX-nin məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarını yubiley tarixi münasibətilə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili Parlamentin sədri Kaxa Kuçava, Daxili İşlər nazri Vaxtanq Qomelauri, Müdafiə naziri Cuanşer Burçuladze, Dövlət Müdafiəsi Xüsusi Xidmətinin rəhbəri Anzor Çubinidze və Kəşfiyyat Xidmətinin rəhbəru Şalva Lomidze ilə birlikdə təbrik və nümayiş təlimində iştirak etdilər.

“Bütün əməkdaşları Dövlət Təhlükəsizliyi Xidmətinin təsis edilməsi günü ilə bağlı təbrik edirəm. Bu gün xüsusi təyinatlı dəstə bazasında qonaqlarımız var idi. Gürcüstan hökumətinə, baş nazirin rəhbərliyi ilə, parlamentin sdrinə nümayiş təlimini göstərdik. Çox məmnun qaldılar. Dəstəmizin hazırlanması səviyyəsi ilə biz də məmnununq və vətənə xidmətdə olmağımızı davam etdiririk. Bir daha bütün əməkdaşları təbrik edirəm və uğurlar arzulayıram”, – Qriqol Luluaşvili qeyd etdi.

Dövlət Təhlükəsizliyi Xidmətinin təsis edilməsindən altı il keçdi. Xidmət 2015-ci il 1 avqustda təsis edildi.

 

 

Oxşar