Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Şavnabada xüsusi təyinatlı dəstəsinin bazasında keçirilən taktiki hazırlıq üzrə nümayiş məşqində iştirak edib
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Şavnabada xüsusi təyinatlı dəstəsinin bazasında keçirilən taktiki hazırlıq üzrə nümayiş məşqində iştirak edib

 

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qeka Qeladze müavinləri ilə birlikdə Şavnabada xüsusi təyinatlı dəstəsinin bazasında keçirilən taktiki hazırlıq üzrə nümayiş məşqində iştirak edib.

DTX-nin məlumatında tədbir çərçivəsində döyüşçülərin müxtəlif növ xüsusi əməliyyatlar və atəş hazırlığı üzrə imitasiya edilmiş səhra tapşırıqlarını yerinə yetirdikləri deyilir.

Onların məlumatına əsasən, nümayiş təlimləri ilə paralel olaraq xidmətin rəhbəri Xüsusi Əməliyyatlar Departamentinin zirehli texnikası və xüsusi avadanlıqlarına baxış keçirib.