Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Ombudsmana görüşüb
Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Ombudsmana görüşüb

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Geka Geladze Ombudsman Levan İoselianla görüşüb.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, görüşdə insan hüquqları və təhlükəsizlik məsələləri müzakirə olunub.

“Görüşdə Gürcüstanın işğal olunmuş əraziləri və işğal xəttinin boyunca mövcud vəziyyət müzakirə edildi. Geka Geladze vurğulayıb ki, insan hüquqlarının qorunması standartlarının daha da yaxşılaşdırılması məqsədilə iki institut arasında əməkdaşlığın dərinləşdirilməsi vacibdir. Onun sözlərinə görə, insan hüquqları və onların təhlükəsizliyinin təmin edilməsi Dövlət Təhlükəsizliyi Xidməti üçün prioritet məsələdir. Öz növbəsində, görüşdə Levan İoselian Ombudsman institutunun fəaliyyətinin əsas istiqamətlərinə diqqət çəkib və tərəfdaşlığın daha da gücləndirilməsinə hazır olduğunu bildirib”, – deyə Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında qeyd olunub.