Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Kəşfiyyat Agentliyinin rəhbər şəxsləri ilə işgüzar görüş keçirib
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qeka Qeladze, müavini Aleksandre Maisuradze ilə birlikdə, Kəşfiyyat Agentliyinin rəhbər şəxsləri ilə işgüzar görüş keçirib.
Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Qeka Qeladze görüşdə prioritet sahələri müzakirə edib və agentliyin fəaliyyətinin effektivliyinin artırılması imkanlarına diqqət yetirib.
“Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Kəşfiyyat Agentliyinin əməkdaşlarına fəaliyyətin əsas sahələri və risklərə reaksiya vermə alətlərinin keyfiyyətli inkişafında dəstək vəd edib. Qeka Qeladze hər bir əməkdaşa göstərilən xidmətə görə təşəkkürünü bildirib və strateji məqsədlərin həyata keçirilməsində uğurlar arzulayıb. Kəşfiyyat Agentliyinə səfəri zamanı Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri həmçinin infrastruktur və maddi-texniki bazası ilə tanış olub,” – deyə Dövlət Təhlükəsizliyi Xidməti bildirib.