Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən, işğalçı qüvvələrin nümayəndələri Plavismani yaxınlığında üç Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar, onlardan biri sərbəst buraxılıb, ikisi isə qanunsuz həbsdə qalır

Rusiya işğalçı qüvvələrinin nümayəndələri Qori Munisipalitetinin Plavismani kəndi yaxınlığında üç Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar. Onlardan biri artıq martın 11-də sərbəst buraxılıb və mərkəzi hökumətin nəzarətində olan ərazidədir, ikisi isə qanunsuz həbsdə qalır. Məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayır.

Onların məlumatına əsasən, hadisə ilə bağlı məlumat alan kimi Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Avropa İttifaqının Müşahidə Missiyasının iştirakı ilə fəaliyyət göstərən “qaynar xətt” işə salınıb.

“Məlumat Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrləri və beynəlxalq tərəfdaşlarla dərhal paylaşılıb.

Qanunsuz olaraq saxlanılan Gürcüstan vətəndaşlarının ən qısa müddətdə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb.

Gürcüstanın işğal altındakı ərazilərində, eləcə də işğal xətti boyunca törədilmiş bütün destruktiv hərəkətlərə görə işğalçı qüvvə məsuliyyət daşıyır” – Dövlət Təhlükəsizliyi Xidmətinin bəyanatında deyilir.