Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyi böyük məbləğdə rüşvət tələb etmə və alma faktı üzrə Batumi Meriyasının əməkdaşını saxlayıb

10:12, 04.08.2026

 

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyinin əməkdaşları keçirilmiş istintaq və əməliyyat tədbirləri nəticəsində böyük məbləğdə rüşvət tələb etmə və alma faktı üzrə Batumi Meriyasının qeyri-kommersiya hüquqi şəxs “Batuminin Bələdiyyə Müfəttişliyi”nin tikinti nəzarəti əməkdaşını saxlayıblar.

Qurumun məlumatına əsasən, istintaqla müəyyən edilib ki, saxlanılan şəxs Gürcüstan vətəndaşından Batumidə qanunsuz tikilmiş kommersiya təyinatlı sahəyə görə qanunla müəyyən edilmiş cərimədən yayınmaq müqabilində rüşvət alıb və cinayət başında təqsirləndirilən şəxs qismində saxlanılıb.

“Batuminin Bələdiyyə Müfəttişliyi”ndə saxlanılan şəxsin birbaşa vəzifəsi Batumi ərazisindəki bütün kateqoriyalı tikinti obyektlərinə nəzarət etmək, həmçinin icazəsiz aparılan və artıq qanunsuz şəkildə həyata keçirilmiş işlərə qanunla nəzərdə tutulmuş qaydada reaksiya vermək olub.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin 1-ci hissəsi ilə aparılır, bu da cəza olaraq 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Oxşar