Dövlət Təhlükəsizliyi Xidmətində “Qaxaria Gürcüstan Naminə” partiyasının üzvləri tərəfindən Mamuka Mdinaradzenin ABŞ-da olması barədə yayılan məlumatı təsdiqləmirlər
Dövlət Təhlükəsizliyi Xidmətində “Qaxaria Gürcüstan Naminə” partiyasının üzvləri tərəfindən qurumun rəhbəri Mamuka Mdinaradzenin Amerika Birləşmiş Ştatlarında olması barədə yayılan məlumatı təsdiqləmirlər.
DTX-da qeyd etdikləri kimi, Mamuka Mdinaradze Gürcüstandadır və iş başındadır.
Məlumat üçün bildirək ki, “Qaxaria Gürcüstan Naminə” partiyasının üzvü, deputat Qiqa Parulava Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Mamuka Mdinaradzenin Amerika Birləşmiş Ştatlarında olduğunu bildirib. Oxşar məlumatı partiyanın daha bir üzvü Qiorqi Şaraşidze də yayıb.