Dövlət Təhlükəsizliyi Xidmətində Levan Davitaşvilinin şərhində qeyri-dəqiqliklərin olduğunu, belə ki, istintaqın Avropa İttifaqının qaz təchizatı ilə deyil, konkret razılaşma ilə əlaqəli istintaqla bağlı olduğunu bəyan edirlər
Dövlət Təhlükəsizliyi Xidməti istintaqdan sonra Levan Davitaşvilinin mediaya verdiyi şərhə münasibət bildirir.
Dövlət Təhlükəsizliyi Xidmətində Levan Davitaşvilinin verdiyi müsahibədə iki əsas qeyri-dəqiqliyin olduğunu bəyan edirlər.
“Dövlət Təhlükəsizliyi Xidmətini tərk etdikdən sonra Levan Davitaşvilinin verdiyi müsahibədə iki əsas qeyri-dəqiqlik var: 1. Davitaşvili məsələləri burada müzakirə edəcəyi görüşdə deyil, Antikorrupsiya Agentliyində konkret cinayət işi ilə bağlı ifadə verib. 2. İfadə alınarkən risklərlə əlaqəli sual Avropa İttifaqının qaz təchizatı ilə deyil, Gürcüstanın qaz təchizatı və bağlanmış müqavilə ilə Gürcüstan üçün şərtlərin pisləşməsinə aid olub, bununla bağlı istintaq aparılır – bu baxımdan ifadə alınarkən risklər barədə bir kəlmə də deyilməyib. Bununla bağlı əgər bir daha oxşar şərh, yalan məlumat və ya spekulyasiya olarsa, ifadənin protokolunu da dərc etməyə hazırıq (ifadə verən şəxsin razılığı ilə)” – Dövlət Təhlükəsizliyi Xidmətində bəyan edirlər.
Gürcüstanın sabiq iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili bu gün Dövlət Təhlükəsizliyi Xidmətində ifadə verib. Davitaşvili DTX-nın binasını tərk etdikdən sonra jurnalistlərə deyib: “Biz Gürcüstanın qaz tədarükü məsələsini müzakirə etdik. Yəqin, bilirsiniz ki, Gürcüstan bir neçə ildir ki, Avropanın qazla təchizatı məsələsində çox fəal rol oynayır. Xüsusilə, biz Avropanın enerji təhlükəsizliyi məsələsinə əhəmiyyətli töhfə veririk. Biz bu işdə Azərbaycan Respublikası ilə əməkdaşlıq edirik. Düşünürəm ki, mən çox ətraflı və əhatəli məlumat verdim və müvafiq olaraq, əlbətdə, bu, vaxt apardı. Çox məntiqli suallar var idi. Bu baxımdan fəal iştirakımızın təchizat baxımından nə dərəcədə müəyyən risklər yarada bilib-bilməyəcəyi ilə bağlı suallar var idi. Bundan irəli gələrək, bütün bu məsələləri ətraflı müzakirə etməyimiz çox məntiqli idi. Müzakirə etdiyimiz əsas məsələ budur. Həmçinin, gələcəkdə Gürcüstana sabit qaz təchizatının necə təmin ediləcəyini müzakirə etdik. Müəyyən müddətləri olan müqavilələrimiz var”.