Dövlət Təhlükəsizliyi Xidmətində bildirirlər ki, partlayıcı maddənin gətirilməsi faktı ilə bağlı iki vətəndaşın saxlanılması barədə Ukraynanın səfirliyi məlumatlandırılıb
Dövlət Təhlükəsizliyi Xidmətində bildirirlər ki, partlayıcı maddənin gətirilməsi faktı ilə bağlı iki vətəndaşın saxlanılması barədə Ukraynanın səfirliyi məlumatlandırılıb

 

Dövlət Təhlükəsizliyi Xidmətində bildirirlər ki, partlayıcı maddənin gətirilməsi faktı ilə bağlı iki Ukrayna vətəndaşının saxlanılması barədə Ukraynanın səfirliyi məlumatlandırılıb.

Dövlət Təhlükəsizliyi Xidmətindən Gürcüstanın Birinci Kanalına bəyan edildiyi üzrə, saxlanılma haqqında qanunla müəyyən olunmuş qaydada Ukraynanın Xarici İşlər Nazirliyinə məlumat verilib və nazirlik dərhal bu barədə Ukraynanın səfirliyinin nümayəndəsinə, konkret olaraq Andri Bilikə məlumat verib.

“İş üzrə şahidlərdən birinin birbaşa Ukraynanın xüsusi xidmət orqanlarını cinayətin sifarişçisi kimi göstərməsinə baxmayaraq, qeyd olunan iki şəxsin saxlanıldığı andan, hələ istintaq yalnız bir maddə üzrə başladığı mərhələdə qanunla müəyyən olunmuş qaydada Xarici İşlər Nazirliyinə məlumat verilib. Bizə məlumdur ki, nazirlik dərhal Ukraynanın səfirliyinin nümayəndəsinə, konkret olaraq Andri Bilikə məlumat verib. Sonuncu şəxs müvafiq rəsmi məktubu aldığını da təsdiqləyib” – DTX-da bildirirlər.

Ukraynanın səfirliyi bu gün bəyanat yayıb, bəyanatda qeyd olunub: “Ukrayna vətəndaşları ilə görüşmək və onların saxlanma şəraitini aydınlaşdırmaq məqsədilə Gürcüstanın hüquq-mühafizə orqanlarından icazə almaq üçün hərtərəfli tədbirlər görürük”.

Məlumat üçün bildirək ki, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyi iki Ukrayna vətəndaşını saxlayıb. Sentyabrın 11-də Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən brifinqdə qeyd olunduğu kimi, cari ilin sentyabrın 10-da Ukrayna dövlət nömrə nişanlı MERCEDES-BENZ markalı yük avtomobili Ukraynadan Gürcüstana Rumıniya və Bolqarıstan ərazisindən keçməklə Türkiyədən dövlət sərhədini keçib və “Sarpi” gömrük-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olub. Onun dayandırılması və yoxlanılması nəticəsində nəqliyyat vasitəsində əvvəlcədən diqqətlə maskalanmış gizli saxlanc yerlərində yerləşdirilmiş 2.4 kiloqram partlayıcı maddə — “Heksogen” tapılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən, əməliyyat materiallarına əsasən, Ukraynadan gətirilən partlayıcı maddənin son təyinat yeri kimi Tbilisi, Avlabari ərazisində yerləşən yaşayış evlərindən biri müəyyən edilib.