Dövlət Təhlükəsizliyi Xidmətində bildirirlər ki, müxtəlif şirkətlərdən sənədlərin tələb olunması qiymətlərin formalaşması prosesinin öyrənilməsi məqsədi daşıyır
Dövlət Təhlükəsizliyi Xidmətində bildirirlər ki, müxtəlif şirkətlərdən sənədlərin tələb olunması qiymətlərin formalaşması prosesinin öyrənilməsi məqsədi daşıyır


Dövlət Təhlükəsizliyi Xidmətində bildirilib ki, istintaqın maraq dairəsinə qiymətlərin formalaşması prosesi daxildir və bu prosesi araşdırmaq məqsədilə müxtəlif şirkətlərdən məhkəmə qərarları əsasında sənədlərin elektron versiyaları tələb olunur.

“Sair maliyyə məsələləri bu halda bizi maraqlandırmır, çünki onlar aparılan istintaqın tədqiqat predmetinə aid deyil”, – deyə SUS-da qeyd edirlər.

Məlumat üçün bildirək ki, “Retail Assosiasiyası” bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, “Antikorrupsiya Agentliyi müəyyən edilmiş qayda və məhkəmə qərarı əsasında üzv şirkətlərdən müqavilələri, mühasibat sənədlərini və invoysları tələb edib”.

Xatırladaq ki, ərzaq məhsullarının qiymətləri ilə bağlı koordinasiya komissiyası yaradılıb. Komissiyanın tərkibinə iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili, maliyyə naziri Laşa Xutsişvili, Gürcüstanın işğal olunmuş ərazilərindən məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Mixeil Sarjveladze, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Mamuka Mdinaradze, hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani və Rəqabət və İstehlakçıların Müdafiəsi Agentliyinin sədri İrakli Lekvinadze daxildir.

Bununla yanaşı, 21 yanvar tarixində Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında şəbəkə marketlərin nümayəndələri ilə görüş keçirib.