Dövlət Təhlükəsizliyi Xidmətində bəyan edirlər ki, qurum istehlak qiymətləri ilə əlaqədar məsələni ətraflı öyrənməyə başlayır
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin birinci müavini Laşa Mağradzenin bəyanatına əsasən, Dövlət Təhlükəsizliyi Xidməti öz səlahiyyəti çərçivəsində, istehlak qiymətləri ilə əlaqədar məsələni ətraflı öyrənməyə başlayır.
Mağradze bildirib ki, Gürcüstan vətəndaşlarının maraqlarına və ölkənin iqtisadi təhlükəsizliyinə zərər verən istənilən qanunazidd hərəkət müvafiq sərt hüquqi reaksiya ilə müşaiyət olunacaq.
“Dövlət Təhlükəsizliyi Xidməti öz səlahiyyəti çərçivəsində, məsələni ətraflı öyrənməyə başlayır və Gürcüstan vətəndaşlarının maraqlarına və ölkəmizin iqtisadi təhlükəsizliyinə zərər verən istənilən qanunazidd hərəkət müvafiq sərt hüquqi reaksiya ilə müşaiyət olunacaq” – Laşa Mağradze bildirib.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze istehlak qiymətləri ilə əlaqədar yayılmış videomüraciətində hökumətin həmvətənlər üçün qiymətlərin aşağı salınmasına nail olmaq üçün distribyutor şirkətlərinin və marketlər şəbəkələrinin nümayəndələri ilə aktiv şəkildə işləyəcəyini qeyd edib. Baş nazir, məsələni qiymətləndirmək üçün parlament komissiyası yaratması üçün parlamentə xahişlə müraciət edəcəyini bildirib. Bununla yanaşı, İrakli Kobaxidze hüquq-mühafizə orqanlarını məsələni dərindən öyrənməyə çağırıb.