Dövlət Təhlükəsizliyi Xidməti - Xarici ölkənin terror təşkilatına üzv olmaq və terror fəaliyyətinə yardım etmək ittihamı ilə Pankisi dərəsində Gürcüstanın üç vətəndaşı saxlanılıb
Antiterror Mərkəzi və Xüsusi Əməliyyatlar Departamentinin əməkdaşları ötən gecə Pankisi dərəsinin Omalo, Birkiani və Coğolo kəndlərində keçirilən irimiqyaslı tədbir nəticəsində, xarici ölkənin terror təşkilatına üzv olmaq və terror fəaliyyətinə yardım etmək maddəsi ilə aparılan istintaq çərçivəsində Gürcüstanın üç vətəndaşını saxlayıblar – bu barədə Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən brifinqdə bəyan ediblər.
Dövlət Təhlükəsizliyi Xidmətində bəyan etdikləri kimi, istintaqla saxlanılan şəxslərin “İslam Dövləti” terror təşkilatının sıralarına qoşulduğu və terror fəaliyyəti həyata keçirmək məqsədilə xarici ölkədən müəyyən təlimatlar aldığı müəyyən edilib.
“Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti ölkəmizin və hər bir vətəndaşımızın təhlükəsizliyinin qorunması məqsədilə beynəlxalq terrorizmə qarşı mübarizəni davam etdirir. Antiterror Mərkəzi və Xüsusi Əməliyyatlar Departamentinin əməkdaşları ötən gecə Pankisi dərəsinin Omalo, Birkiani və Coğolo kəndlərində keçirilən irimiqyaslı tədbir nəticəsində, xarici ölkənin terror təşkilatına üzv olmaq və terror fəaliyyətinə yardım etmək maddəsi ilə aparılan istintaq çərçivəsində Gürcüstanın üç vətəndaşını saxlayıblar. İstintaqla saxlanılan şəxslərin “İslam Dövləti” terror təşkilatının sıralarına qoşulduğu və terror fəaliyyəti həyata keçirmək məqsədilə xarici ölkədən müəyyən təlimatlar aldığı müəyyən edilib. Onlar Pankisi dərəsində terror təşkilatını dəstəkləyən, dırnaqarası camaat yaratmağa və digər şəxsləri terror fəaliyyətinə cəlb etməyə cəhd göstəriblər. Bu məqsədlə də onlar müxtəlif məkanlarda gizli, konspirativ görüşlər təşkil edib və terror ideologiyasının təbliğatını aparıblar.
Cari istintaq çərçivəsində, hakimin qərarları əsasında, saxlanılan şəxslərə və onlarla əlaqəsi olan digər şəxslərə qarşı gizli istintaq hərəkətləri, müvafiq hüquqi və operativ-axtarış tədbirləri həyata keçirilib. İstintaq hərəkətləri nəticəsində bir neçə ədəd odlu silah, partlayıcı maddə, döyüş sursatı, mobil telefonlar, kompüter texnikası və digər elektron məlumat daşıyıcıları, həmçinin “İslam Dövləti” terror təşkilatının bayrağı, onların simvollarını əks etdirən əşyalar və şəxsi sənədlər müsadirə olunub. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 328-ci və 236-cı maddələri ilə aparılır. Cinayət cəza olaraq 10 ildən 17 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur. Cinayətə cəlb olunmuş digər şəxslərin aşkarlanması və onların cinayət məsuliyyətinə cəlb olunması məqsədilə qeyd edilən iş üzrə istintaq davam edir” – Dövlət Təhlükəsizliyi Xidmətində bəyan ediblər.