Dövlət Təhlükəsizliyi Xidməti və ABŞ-ın tərəfdaşlığı ilə yüksək sürətli şəbəkənin inkişafı layihəsi həyata keçirilir
Dövlət Təhlükəsizliyi Xidməti və ABŞ-ın tərəfdaşlığı ilə yüksək sürətli şəbəkənin inkişafı layihəsi həyata keçirilir
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Operativ-Texniki Agentliyi sərhəd təhlükəsizliyinin gücləndirilməsi məqsədilə dövlət sərhədinin müxtəlif hissələrində yüksək sürətli optik lif şəbəkəsi infrastrukturunun qurulmasını davam etdirir.
Gürcüstanın dövlət sərhədinin 35 sektorunda müvafiq şəbəkənin inkişafı məqsədilə ABŞ Müdafiə Təhdidlərinin Azaldılması Agentliyi (DTRA) Operativ-Texniki Agentliyə bir neçə onlarla marşrutlaşdırıcı (router) təhvil verib.
Operativ-Texniki Agentliyin direktoru Beka Mamardaşvili ABŞ Müdafiə Təhdidlərinin Azaldılması Agentliyinin Qafqaz Regional Ofisinin rəhbəri Devid Kennediyə göstərilən dəstəyə və uzunillik uğurlu əməkdaşlığa görə təşəkkürünü bildirib.
Yüksək sürətli şəbəkənin inkişafı layihəsi çərçivəsində Operativ-Texniki Agentlik artıq dövlət sərhədinin bir neçə hissəsində optik lif şəbəkəsi infrastrukturunu istifadəyə verib.
Qeyd olunub ki, cari ilin fevral ayında Sərhəd Polisinin “Lekisğure” sərhəd sektorunda Agentlik peyk internetinin ehtiyat şəbəkəsinin pilot quraşdırılmasını həyata keçirib. Bu, məlumatların idarə olunması proseslərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Hazırda daha bir neçə onlarla peyk interneti avadanlığının və əlaqədar xidmətlərin satınalınması prosesi davam edir. Layihə çərçivəsində 35 sərhəd sektorunda yüksək sürətli şəbəkə qurulacaq.
Məlumatı Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti yayıb.