Dövlət Təhlükəsizliyi Xidməti Tbilisi və Qardabani Munisipalitetində kompleks şəkildə keçirilən tədbirlər nəticəsində saxta rəsmi sənədlərin hazırlanması və işə keçirilməsi faktları üzrə bir nəfəri saxlayıb
Dövlət Təhlükəsizliyi Xidməti Tbilisi və Qardabani Munisipalitetində kompleks şəkildə keçirilən tədbirlər nəticəsində saxta rəsmi sənədlərin hazırlanması və işə keçirilməsi faktları üzrə bir nəfəri saxlayıb

 

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Tbilisi və Qardabani Munisipalitetində kompleks şəkildə keçirilən tədbirlər nəticəsində saxta rəsmi sənədlərin hazırlanması və işə keçirilməsi faktlarını aşkarlayıblar. Bir nəfər saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən, Terrorla Mübarizə Mərkəzi tərəfindən aparılan əməliyyat-axtarış və istintaq hərəkətləri nəticəsində Gürcüstan vətəndaşının öz evində müəyyən məbləğdə pul müqabilində sistematik şəkildə Gürcüstan və xarici ölkələrin saxta şəxsiyyət vəsiqələrini və sürücülük vəsiqələrini hazırladığı müəyyən edilib.

“O, qeyd olunan sənədləri xaricdəki sifarişçilərə və vasitəçilərə poçt vasitəsilə göndərirmiş. Terrorla Mübarizə Mərkəzinin əməkdaşları saxlanılan şəxsin üzərində və yaşadığı evdə axtarış nəticəsində saxta sənədlər hazırlamaq üçün xüsusi qurğular, kompüter avadanlığı, onlarla çap edilə bilən plastik kart, eləcə də xarici ölkələrə göndərmək üçün hazırlanmış saxta sürücülük vəsiqələri və mobil telefonları ələ keçiriblər. Bununla yanaşı, “Georgian Post”dan xaricə sürətləndirilmiş göndəriş üçün nəzərdə tutulmuş saxta sənədlər götürülüb.

Qeyd olunan iş üzrə istintaq Cinayət Məcəlləsinin 362-ci maddəsi ilə aparılır, bu da cəza şəklində üç ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur” – Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında qeyd olunub.