Dövlət Təhlükəsizliyi Xidməti - Tamar Mearağişvili danışıqların mövcud formatları çərçivəsində aparılan intensiv dialoq nəticəsində azadlığa buraxılıb
Dövlət Təhlükəsizliyi Xidməti - Tamar Mearağişvili danışıqların mövcud formatları çərçivəsində aparılan intensiv dialoq nəticəsində azadlığa buraxılıb

 

Dövlət Təhlükəsizliyi Xidməti Sxinvali işğalçı rejimi tərəfindən saxlanılan Gürcüstan vətəndaşı Tamar Mearağişvilinin azadlığa buraxılması ilə bağlı rəsmi məlumat yayır.

“Danışıqların mövcud formatları çərçivəsində aparılan intensiv dialoq nəticəsində Tamar Mearağişvili azadlığa buraxılıb və mərkəzi hakimiyyət tərəfindən nəzarət edilən ərazidədir.

Cenevrə Beynəlxalq Danışıqlarının həmsədrləri prosesdə fəal iştirak edirdilər. Avropa İttifaqının Gürcüstandakı Müşahidə Missiyası (EUMM) tərəfindən idarə olunan “qaynar xətt” vasitəsilə daimi olaraq əlaqə saxlanılıb.

Gürcüstanın mərkəzi hakimiyyəti, Dövlət Təhlükəsizliyi Xidməti malik olduğu bütün vasitələrdən istifadə etməklə qanunsuz saxlanılan Gürcüstanın bütün vətəndaşlarının azad edilməsi üçün fəal şəkildə işini davam etdirir” – Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında deyilir.

Tamar Mearağişvilini dekabrın 23-də “casusluq ittihamı” ilə saxlayıblar.

Dekabrın 24-də işğal altındakı Sxinvalinin qondarma məhkəməsi Tamar Mearağişvili barəsində qətimkan tədbiri olaraq iki ay həbs cəzası seçib.