Dövlət Təhlükəsizliyi Xidməti, Sxinvali işğalçı rejimi tərəfindən saxlanılan Tamar Mearağişvilinin azad edildiyini təsdiqləyir

16:00, 31.12.2025

 

Sxinvali işğalçı rejimi tərəfindən saxlanılan Gürcüstan vətəndaşı Tamar Mearağişvili azadlığa buraxılıb.

Məlumatı Dövlət Təhlükəsizliyi Xidmətində təsdiqləyirlər.

Tamar Mearağişvilini dekabrın 23-də “casusluq ittihamı” ilə saxlayıblar.

Dekabrın 24-də işğal altındakı Sxinvalinin qondarma məhkəməsi Tamar Mearağişvili barəsində qətimkan tədbiri olaraq iki ay həbs cəzası seçib.

Oxşar