Dövlət Təhlükəsizliyi Xidməti silah saxlanılan yer aşkarlayıb
Dövlət Təhlükəsizliyi Xidməti silah saxlanılan yer aşkarlayıb

 

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti müxtəlif növ partlayıcı və döyüş sursatını ələ keçirdiyi silah saxlanılan yer aşkarlayıb.

“Çatayev və onun qruplaşmasına qarşı 2017-ci ildə başlanan istintaq çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətinin Antiterror Mərkəzinə əməliyyat məlumatı daxil olub ki, qruplaşmaya məxsus döyüş sursatının bir hissəsi onların zərərsizləşdirilməsindən sonra illər boyu mənbənin göstərdiyi yerdə saxlanılıb, bundan sonra da Antiterror Mərkəzinin əməkdaşları tərəfindən Telavi Munisipalitetinin Leçuri kəndi yaxınlığındakı meşə massivində düzəldilmiş gizli yerdə odlu silah, beş patron darağı, 161 ədəd patron, üç əl qumbarası, müxtəlif növ partlayıcı maddələr, o cümlədən – trotil, eləcə də ilkin tibbi yardım ləvazimatları aşkar edilib” – Dövlət Təhlükəsizliyi Xidmətində bildirirlər.

İstintaq Cinayət Məcəlləsinin 323-cü, 331-ci Prima, 344-cü, 328-ci və 236-cı maddələri ilə aparılır.