Dövlət Təhlükəsizliyi Xidməti – Rusiyanın işğalçı qüvvələrinin nümayəndələri Qori bələdiyyəsinin Kveşi kəndi yaxınlığında Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar
Dövlət Təhlükəsizliyi Xidməti – Rusiyanın işğalçı qüvvələrinin nümayəndələri Qori bələdiyyəsinin Kveşi kəndi yaxınlığında Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar

Rusiyanın işğalçı qüvvələrinin nümayəndələri Qori bələdiyyəsinin Kveşi kəndi yaxınlığında Gürcüstanın bir vətəndaşını qanunsuz olaraq saxlayıblar. Bu barədə məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, qanunsuz saxlanılma faktı barədə informasiya dərhal Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrlərinə və beynəlxalq tərəfdaşlara çatdırılıb.

“Qanunsuz saxlanılmış Gürcüstan vətəndaşının qısa müddətdə azad edilməsi üçün mövcud bütün mexanizmlər işə salınıb. Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün destruktiv hərəkətlərə görə məsuliyyət işğalçı qüvvələrin üzərinə düşür,” – deyə yayılan məlumatda bildirilir.