Dövlət Təhlükəsizliyi Xidməti - Rusiyanın işğalçı qüvvələri tərəfindən Karelinin Knolevi kəndi yaxınlığında qanunsuz şəkildə saxlanılan İlia Lutidze, Nika Mamastaraşvili və Axalqori yaxınlığında qanunsuz şəkildə saxlanılan Zurab Lobjanidze azadlığa buraxılıblar

Rusiyanın işğalçı qüvvələri tərəfindən Kareli Munisipalitetinin Knolevi kəndinə bitişik işğal altındakı ərazidə qanunsuz şəkildə saxlanılan İlia Lutidze və Nika Mamastaraşvili, eləcə də işğal altındakı Axalqori yaxınlığında qanunsuz şəkildə saxlanılan Zurab Lobjanidze azadlığa buraxılıblar və mərkəzi hakimiyyətin nəzarətində olan ərazidədirlər. Bu haqda məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayır.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən, İlia Lutidze, Nika Mamastaraşvili və Zurab Lobjanidzenin qanunsuz həbsdən azad edilməsi prosesində Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyası (EUMM) tərəfindən idarə olunan “qaynar xətt” mexanizmi, eləcə də mərkəzi hakimiyyətin malik olduğu bütün müvafiq vasitələrdən fəal şəkildə istifadə edilib.

“Gürcüstanın işğal olunmuş bölgələrində və işğal xətti boyunca törədilmiş bütün destruktiv hərəkətlərə görə işğalçı qüvvə məsuliyyət daşıyır.

Mərkəzi hakimiyyət beynəlxalq tərəfdaşlar ilə birlikdə işğal altındakı ərazilərdə qanunsuz həbsdə olan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi üçün fəal şəkildə işləməyə davam edir” – qurumun məlumatında qeyd olunub.