Dövlət Təhlükəsizliyi Xidməti - Rusiyanın işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılan Kaxa Tsevelidze və Qiorqi Çitadze sərbəst buraxılıblar və mərkəzi hakimiyyətin nəzarətində olan ərazidədirlər

Cari ilin fevralın 16-da Rusiyanın işğalçı qüvvələri tərəfindən Kareli Munisipalitetinin Dirbi kəndi yaxınlığında qanunsuz olaraq saxlanılan Kaxa Tsevelidze və Qiorqi Çitadze sərbəst buraxılıblar və mərkəzi hakimiyyətin nəzarətində olan ərazidədirlər.

Məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayır.

“Kaxa Tsevelidze və Qiorqi Çitadzenin qanunsuz həbsdən azad edilməsi prosesində Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyası (EUMM) tərəfindən idarə olunan “qaynar xətt” mexanizmindən, eləcə də mərkəzi hakimiyyətin sərəncamında olan bütün müvafiq vasitələrdən fəal şəkildə istifadə edilib.

Mərkəzi hakimiyyət işğal altındakı ərazilərdə qanunsuz həbsdə olan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi üçün fəal işləməyə davam edir” – Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında deyilir.