Dövlət Təhlükəsizliyi Xidməti - Rusiya işğalçı qüvvələri tərəfindən işğal altındakı Zemo Artsevi kəndi yaxınlığındakı ərazidə qanunsuz olaraq saxlanılan Pridon Pakauri azad edilib
Dövlət Təhlükəsizliyi Xidməti - Rusiya işğalçı qüvvələri tərəfindən işğal altındakı Zemo Artsevi kəndi yaxınlığındakı ərazidə qanunsuz olaraq saxlanılan Pridon Pakauri azad edilib

 

Rusiya işğalçı qüvvələri tərəfindən işğal altındakı Zemo Artsevi kəndi yaxınlığındakı ərazidə qanunsuz olaraq saxlanılan Pridon Pakauri azad edilib və mərkəzi hakimiyyət tərəfindən nəzarət edilən ərazidədir. Bu haqda məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayır.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən, Pridon Pakaurinin qanunsuz həbsdən azad edilməsi prosesində Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyası (EUMM) tərəfindən idarə edilən “qaynar xətt” mexanizmindən, eləcə də mərkəzi hakimiyyətin malik olduğu bütün mühüm vasitələrdən aktiv şəkildə istifadə edilib.

“Gürcüstanın işğal olunmuş bölgələrində və işğal xətti boyunca törədilən bütün destruktiv hərəkətlərə görə məsuliyyət işğalçı qüvvənin üzərinə düşür.

Mərkəzi hakimiyyət beynəlxalq tərəfdaşlarla birlikdə işğal altındakı ərazilərdə qanunsuz həbsdə olan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi üçün aktiv şəkildə işləməyə davam edir” – qurumun məlumatında qeyd olunub.