Dövlət Təhlükəsizliyi Xidməti – Martın 18-də işğal olunmuş Sxinvali bölgəsi istiqamətində qanunsuz saxlanılan Gürcüstan vətəndaşı azadlıqdadır və mərkəzi hakimiyyətin nəzarətində olan ərazidədir
2026-cı ilin martın 18-də işğal olunmuş Sxinvali bölgəsi istiqamətində qanunsuz saxlanılan Gürcüstan vətəndaşı azadlıqdadır və mərkəzi hakimiyyətin nəzarətində olan ərazidədir. Bu barədə məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayır.
Qurumun məlumatına əsasən, Gürcüstan vətəndaşının qanunsuz həbsdən qeyd-şərtsiz azad edilməsi məsələsini Gürcüstanın mərkəzi hakimiyyəti İnsidentlərin Qarşısının Alınması və Reaksiya Verilməsi Mexanizmi (IPRM) və Cenevrə Beynəlxalq Müzakirələri formatında müntəzəm olaraq qaldırırdı.
“Həm “qaynar xətt” mexanizmi, həm də mərkəzi hakimiyyətin əlində olan bütün digər vasitələrdən intensiv istifadə olunurdu. Danışıqlara beynəlxalq tərəfdaşlar fəal şəkildə cəlb edilmişdi.
Mərkəzi hakimiyyət beynəlxalq tərəfdaşlarla birlikdə işğal olunmuş ərazilərdə qanunsuz həbsdə olan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi üçün fəal işini davam etdirir” – DTX-nin yaydığı məlumatda deyilir.